İmran Xana sui-qəsd cəhdi: 1 nəfər öldü, 13-ü yaralandı

İmran Xana sui-qəsd cəhdi: 1 nəfər öldü, 13-ü yaralandı

Pakistanın keçmiş baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd nəticəsində bir nəfər ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

Sui-qəsdə cəhd zamanı 13 nəfərin yaralandığı bildirilib.

Həkimlər keçmiş baş nazirin həyatına təhlükə olmadığı qənaətindədirlər.

Qeyd edək ki, Pakistanın Vəzirabad şəhəri yaxınlığında keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi etiraz yürüşü naməlum silahlı şəxs tərəfindən atəşə tutulub.

Teqlər: