Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə İmran Xanın vəkili məlumat verib.
Bildirilib ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, daha öncə keçmiş baş nazirin parlament seçkilərində iştirak edəcəyi bildirilmişdi.