İmran Xana cinayət işi açıldı

İmran Xana cinayət işi açıldı

Pakistanın keçmiş baş naziri İmran Xan terrorçuluqda ittiham edilib.

AzerTimes xəbər verir ki, ona qarşı polisə və məhkəməyə qarşı təhdidlərə görə Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə əsasən iş açılıb.

İttihamlar etimadsızlıq səsverməsi ilə hakimiyyətdən uzaqlaşdırılan siyasətçinin paytaxtda keçirilən mitinqdə çıxışı zamanı ən yaxın köməkçilərindən birinin bu yaxınlarda həbs olunmasını pisləməsindən sonra irəli sürülüb.

Xan məhbusun işgəncələrə məruz qaldığını deyərək polisi və hakimi məhkəməyə verəcəyini vəd edib.

“Biz sizə aman verməyəcəyik”, – deyə sabiq baş nazir hüquq-mühafizə orqanlarına bəyan edib.

Polisin hesabatında deyilir ki, siyasətçinin şərhləri ölkənin məhkəmə və polisini qorxutmaq üçün məqsədyönlü və qanunsuz cəhddir:

“İmran Xanın çıxış tərzi və etdiyi təhdidlər polis, ədliyyə və sadə insanlar arasında qorxu və çaşqınlıq yaradıb, ölkədə əmin-amanlığa xələl gətirib”.

Qeyd edək ki, dünən Pakistan Media Nəzarət Xidməti telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan emişdi.

Teqlər: