İmran Xan həbs edildi, kütləvi iğtişaşlar başladı – Video

İmran Xan həbs edildi, kütləvi iğtişaşlar başladı – Video

Pakistanda sabiq baş nazir İmran Xanın həbsindən sonra kütləvi iğtişaşlar başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Bildirilib ki, siyasətçinin həbsindən sonra müxalifət tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

Etirazçılar “Radio Pakistan”ın ofisini və Hərbi Hava Qüvvələrinin bazasını yandırıblar.

Bundan əlavə, idarələrarası kəşfiyyat binasına hücum edilib və polis buna cavab olaraq atəş açıb. Qurbanlar barədə hələlik dəqiq məlumat yoxdur.

Yerli media bildirir ki, nümayişçilər Lahorda polis əməkdaşlarına hücum edirlər. Ölkə hakimiyyəti mobil internet və rabitəni məhdudlaşdırmağa başlayıb.

Teqlər: