“Imperial Springs” Beynəlxalq Forumunda Çin Xalq Respublikasının Sədri açılış nitqi söyləyib (FOTO)

2021-ci il “Imperial Springs” Beynəlxalq Forumunun açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin açılış nitqi söyləyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AzerTimes-a verilən məlumata görə, Sədr çıxışında bildirib ki, Çinin çoxtərəfliliyi dəstəkləmək əzmi dəyişməyəcək.
“Çoxtərəflilik mahiyyət etibarı ilə beynəlxalq işlərin bütün tərəflər tərəfindən məsləhətləşmələr yolu ilə idarə olunması və dünyanın gələcəyinin bütün ölkələr tərəfindən birlikdə çalışaraq həll edilməsindən ibarətdir”, – deyə o bildirib.
Tədbirdə, o cümlədən Çin Xalq Respublikasının vitse-prezidenti Vanq Qişan da iştirak edib.
Çinin vitse-prezidenti Vanq Qişan Çinin cənubundakı Quançjou şəhərində keçirilən 2021-ci il Imperial Springs Beynəlxalq Forumunun (ISIF) açılış mərasimində çıxış edərkən dünya yeni yol ayrıcındadır və beynəlxalq ictimaiyyətin həmrəylik göstərməyə, etimadı gücləndirməyə və ümumi inkişafı təşviq etməyə həmişəkindən daha çox ehtiyacı olduqunu vurğulayıb.
Vitse-Prezident Vanq Qişan: Çin xalqı hər zaman başqalarına kömək əlini uzatmaq tərəfdarı olub, harmoniya və inklüzivliyi müdafiə edib, sülhə və daha geniş ümumi dəyərlərə can atıb.
Çin çoxtərəfliliyi qətiyyətlə dəstəkləyəcək, ümumi inkişaf yollarını araşdıracaq, sivilizasiyalar arasında qarşılıqlı öyrənməni təşviq edəcək, həmrəylik və hərtərəfli əməkdaşlığı inkişaf etdirəcək və bəşəriyyətin üzləşdiyi yeni çağırışlara cavab vermək üçün başqaları ilə çalışacaq: “Çin xarici dünyaya daha yüksək səviyyədə açılmağa davam edəcək, Çinin imkanlarını digər ölkələrlə bölüşəcək və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurmağa davam edəcək”.
“Çoxtərəflilik 2.0: Post-Pandemiya Dövründə Qlobal Əməkdaşlıq” mövzusunda keçirilən builki İmperial Springs Beynəlxalq forum iqtisadi və sosial inkişaf, iqlim dəyişikliyi, ictimai sağlamlıq, qlobal əməkdaşlıq və idarəetmə, qloballaşma və pandemiyadan sonrakı bərpa kimi məsələləri əhatə edib.
Hibrid formatında keçirilən forum siyasi, akademik və biznes sahəsindən 150-dən çox qonağı bir araya gətirib. O cümlədən Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Latviyanın sabiq Prezidenti; Dr Çau Çak Vinq, Avstraliya Çin Dostluq və Mübadilə Assosiasiyasının prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal dərnəyinin həmsədri, Dünya Liderlik Alyansı- Club de Madrid Prezidentlər Dərnəyinin Asiya-Sakit okean regionu üzrə sədri; BMT-nin sabiq Baş katibi Ban Gi Mun; Boris Tadiç, Serbiyanın sabiq prezidenti; Rosen Plevneliyev, Bolqarıstanın sabiq Prezidenti; Yves Leterm, Belçikanın sabiq Baş naziri; Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov və digərləri iştirak etmişdirlər.
Forum Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası, Avstraliya Çin Dostluq və Mübadilə Assosiasiyası, Quanqdonq Əyalətinin Xalq Hökuməti və Dünya Liderlik Alyansı-Club de Madrid tərəfindən birgə təşkil olunur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “İmperial Springs Forum 2021”ə həmtəşkilatçı kimi qoşulub

Teqlər: