İnsanlar koronavirusa yoluxmamaq üçün immunitetlərini
gücləndirməyə çalışır. Lakin bir çox hallarda qıdalanmaya düzgün
əməl edilmir.
AzerTimes-ın
məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəsis-eksperti,
terapevt Zakir Quliyev deyib.
O qeyd edib ki, yaxşı qidalanmaq üçün hər qidadan balanslı
qidalanmaq lazımdır. “Elə insanlar var ki, immunitetin güclənməsi
üçün hansısa bir qidadan daha çox istifadə edir. Lakin bu, doğru
deyil. İstifadə edilən hər bir qidadan, ədviyyatdan öz normasında
qıdalanmaq lazımdır.
Yaxşı qidalanmaq çox yemək anlamına gəlmir. Hər bir insanın öz
bədəninin öz kalori ehtiyacı var və ona görə qidalanmaq lazımdır”,
– deyə o bildirib.