İmişlinin keçmiş icra başçısı məhkəmə qarşısına çıxarılır

İmişlinin keçmiş icra başçısı məhkəmə qarşısına çıxarılır

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən İmişli rayon icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev bu gün məhkəməyə çıxarılacaq.

Mayın 6-da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən V.Hacıyevin həbs müddəti bir neçə gün sonra başa çatır.

Buna görə istintaq onun həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat verib. İşə Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.