İmişlidə Yol Patrul Xidmətinin polis sürücüsü 4 azyaşlını vurdu

İmişlidə Yol Patrul Xidmətinin polis sürücüsü 4 azyaşlını vurdu

Bu gün (18 yanvar) təxminən saat 14:20 radələrində İmişli rayonunda DYP-nin Yol Patrul Xidmətinin polis nəfəri, sürücü 4 azyaşlı uşağı patrul avtomobili ilə vurduğu deyilir.

Azyaşlı uşaqlardan ikisinin həlak olduğu bildirilir.

İmişli rayon əhalisi bu haldan çox böyük narazıçılıqla hiddətlənərək hal-hazırda rayonunun mərkəz istiqamətində Rayon Polis Şöbəsinə və Rayon Yol Polisi şöbəsinə mitinq keçirilməsi üçün böyük kütlə hərəkət etməkdədir.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Qəzada xəsarət alan yol polis inspektoru ağır vəziyyətdədir. Yaralıların müalicəsi davam etdirilir.

***

Xəstəxanada ağır vəziyyətdə olan azyaşlı qızlardan 3-cüsü də dünyasını dəyişib.

Allah rəhmət eləsin.