İmişlidə yeniyetmə futbolçu faciəvi şəkildə öldü

İmişlidə yeniyetmə futbolçu faciəvi şəkildə öldü

İmişlidə bədbəxt hadisə baş verib. Yeniyetmə hamamda çimərkən dəm qazından boğularaq ölüb.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İmişli şəhəri Nəriman Nəriman küçəsində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Miryusif Rövşən oğlu Feyziyev yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, həmin yeniyetmə İmişli futbolunun azyaşlılar üzrə yığmasında qapıçı olaraq çıxış edirdi.

Faktla bağlı araşdırma aparılır

Teqlər: