İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.
İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu “Sarısu” gölündə ov edən zaman qayıq aşıb.
Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.