Xəbər - Samir Əli – Trend:
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.