Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İmişli rayonunun Qaralar kəndində məktəb binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən AzerTimes-a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.