İmişlidə yol qəzası baş verib, avtomobil su kanalına aşıb və bir nəfər ölüb.
AzerTimes xəbər verir ki, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 14-BF-338 dövlət nömrə nişanlı vaz-2106 markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Vəli Nuşirəvan oğlu Şahverdiyev ölüb.
Faktla bağlı araşdırma aparılır.