İmişlidə ağır qəza: yaralılar var

İmişlidə ağır qəza: yaralılar var

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, Bəhrəmtəpə-İmişli avtomobil yolunda minik avtomobili qarşıda gedən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan Ağdam rayon sakini, Fuad Əlimərdan oğlu Əliyev və Cəbrayıl rayon sakini, 2005-ci il təvəllüdlü Alişan Vidadi oğlu Məhərrəmov ağır bədən xəsarətləri alıb.

Yaralılara İmişli Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım göstərilib. Sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktıa bağlı araşdırma aparılır.

Teqlər: