İmişlidə ağır qəza: sürücü və sərnişin öldü

İmişlidə ağır qəza: sürücü və sərnişin öldü

Bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Teqlər: