İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı Çingiz Səfərli – Trend:

İmişlidə 11 yaşlı azyaşlının zorlanması hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə açıqlama verən Baş prokuror Kamran Əliyev hadisədən dərhal sonra araşdırma başladıldığını və cinayət işi açıldığını bildirib.


“bununla bağlı intensiv hərəkətlər gedir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, konkret ittiham irəli sürülməsi mövcud dəlillər əsasında həll ediləcək. Çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayırıq. Lakin burada bir məsələyə toxunmaq istəyərdim. Kütləvi informasiya vasitələrindən xahiş edirəm ki, bu kimi həssas məsələlərdə müəyyən qaydalara riayət etsinlər. Şəxslərin, vətəndaşların hüquqları, şəxsiyyətin toxunulmazlığı kimi məsələlər diqqətdə saxlanılmalıdır” – deyə, o qeyd edib.

Teqlər: