İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev “Boztəpə” su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb.
Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır.