İmişli məktəbindəki vəziyyətlə bağlı açıqlama…

İmişli məktəbindəki vəziyyətlə bağlı açıqlama…

Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.

Bu barədə AzerTimes-a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq.

Teqlər: