İmaməli Rəhmandan Rusiyaya: Bizə hörmət etməyini istəyirik!

İmaməli Rəhmandan Rusiyaya: Bizə hörmət etməyini istəyirik!

Tacikistan sərvətlərlə zəngin bir tarixə malik ölkədir və əsas strateji tərəfdaş kimi Rusiya tərəfindən hörmətə layiqdir. Rusiya Mərkəzi Asiya ölkələrinə keçmiş SSRİ dövründə olduğu kimi yanaşmamalıdır.

AzerTimes xəbər verir ki, bunu Tacikistan Prezidenti İmaməli Rəhman Mərkəzi Asiya-Rusiya sammitində deyib.

“İndi niyə biz Tacikistanda hansısa uğursuz forumda yalvarırıq ki, heç olmasa nazirlər səviyyəsində iştirak edək. Yox. Nazir müavinləri səviyyəsində. Tacikistan layiqli strateji tərəfdaşdır. Rus dilini öyrənən 2,5 milyon məktəblimiz var. Amma biz kiçik millətlər olmaq üçün yaradılmışıq. Bəli, 100-200 milyon deyilik.Amma bizim sevdiyimiz bir tariximiz var. Bizə hörmət edilməsini istəyirik”, – İ.Rəhman söyləyib.

Teqlər: