Bir müddət əvvəl seçkiyə qatılıb-qatılmayacağımızla bağlı müzakirələrimiz oldu. Artıq partiya olaraq son qərarımızı vermişik.
AzerTimes xəbər verir ki, bunu Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib.
“Özümün seçkiyə qatılmaq niyyətim yoxdur. Qəti olaraq prosesdə yer almaq istəmirəm. Amma Ədalət Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək”, – deyə o əlavə edib.