İlyas Həsənov vəfat etdi

İlyas Həsənov vəfat etdi

Azərbaycan Respublikası Dövlət Minatəmizləmə Agentliyinin rəhbər vəzifələrini icra etmiş İlyas Həsənov dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu gün saat 13:20 radələrində İlyas İbrahim oğlu Həsənov ürək çatışmazlığından Bakı şəhərində öz evində keçinmişdir. Bu barədə məlumatı mərhumun oğlu Namiq Həsənov verib.
Uzun müddət müalicə alan mərhum dövlət xadimi Minatəmizləmə Agentliyi üçün böyük fəaliyyətləri və nəaliyyətləri ilə seçilən şəxslərdən olub.

Mərhumun oğlu Namiq Həsənovun AzerTimes-a verdiyi məlumata əsasən atası uzun müddət ürək xəstəliyindən əziyyət çəksə də, bir an olsun işlərini axsatmaz və az hallarda məzuniyyətə çıxardı və özünü bu işə həsr etmişdi.

Biz də redaksiya adından “Allah rəhmət eləsin, qəbri nurla dolsun” deyirik.