İlqar Mustafayeva yeni vəzifə verildi

İlqar Mustafayeva yeni vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

AzerTimes xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, İlqar Mustafayev “Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, 2015-2019-cu illərdə “German” Hospitalda baş direktor, 2021-2023-cü illərdə isə Milli Hematologiya və Transfuziologiya Mərkəzində inzibati işlər üzrə müavin vəzifələrində çalışıb.

Teqlər: