İlqar Mirzəyev əsgərinə, ailəsinə qarşı qayğıkeş insan idi – Şəhid polkovnikin oğlu

Xəbər - Çingiz Səfərli – Trend:

İlqar Mirzəyev gözəl ata, peşəkar zabit, əsgərinə, ailəsinə qarşı qayğıkeş insan idi.

Bunu AzerTimes-a açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.

Onun sözlərinə görə, hər zaman əsgərinin problemlərini dinləyən, onların dərdini anlayan bir zabit olub.

“Aprel döyüşlərində də böyük şücaət göstərmişdi. Düzdür, özü bu barədə heç vaxt danışmazdı. Amma onun əsgərlərindən, zabitlərindən, silah yoldaşlarından qəhrəmanlığı barədə çox şey eşitmişəm. Kədərlənərək. təəssüf hissi keçirərək danışırlar ki, peşəkar bir zabiti və gözəl bir insanı itirdik. Hamı onu çox istəyir, onun haqqında gözəl danışır. Evdə mən onu ata kimi görürdüm, amma hərbidə İlqar Mirzəyev tamam ayrı bir insan idi. Hər zaman ixtisası üzrə mütaliə edər, boş dayanmazdı. Aprel döyüşlərindən sonra alman dilini öyrənməyə başlamışdı. İxtiası artilleriya idi və döyüşlər zamanı artilleriyanın necə önəmə sahib olduğunu bir daha gördük”.

Qeyd edək ki, polkovnik İlqar Mirzəyev Tovuz döyüşləri zamanı ön xəttə gedən əməliyyat zamanı qəhrəmancasına şəhid olub, II Fəxri Xiyabanda dəfn olunub.


Teqlər: