İlon Maskın şirkəti məhkəməyə verildi

İlon Maskın şirkəti məhkəməyə verildi

ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın “SpeysX” şirkətini məhkəməyə verib.

AzerTimes xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, şirkətin məhkəməyə verilməsinin səbəbi qaçqınların işə götürülməsində ehtimal olunan diskriminasiyadır.

İddia olunur ki, təxminən 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər “SpeysX” mütəmadi olaraq sığınacaq axtaran və qaçqınların vətəndaşlıq statuslarına görə müraciətlərini rədd edib. Bunun “İmmiqrasiya və vətəndaşlıq haqqında” Qanunun pozulması olduğu bildirilir.

Teqlər: