“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan Amerikalı sahibkar İlon Maskın aktivlərinin ümumi dəyəri bir həftə ərzində 11,5 milyard dollar artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Forbes” jurnalı xəbər verib.
Nəşrin hesablamalarına görə, iş adamının sərvəti 184,3 milyard dollara çatıb. “Tesla” şirkətinin sərmayələrinin məzənnəsi bu həftədə 7,4 faiz artıb. Ötən gün ABŞ-da keçirilən ticarət sessiyasından sonra qiymətli kağızların dəyəri 852,23 dollara çatıb.
“Bloomberg” agentliyi İ.Maskın aktivlərinin ümumi dəyərini 203 milyard dollar olaraq qiymətləndirir. Sahibkarın sərvətinin il ərzində artmasının əsas səbəbi Teslanın kapitallaşmasının artması olub.