Xəbər - Çingiz Səfərli -Trend:
İlon Maskın sərvəti 9,9 milyard dollar artıb.
Trend xəbər verir ki, “Forbes”in hesablamalarına görə, İ.Maskın sərvəti “Tesla” şirkətinin səhmlərinin bahalaşması səbəbindən yüksəlib.
Şirkətin səhmlərinin dəyəri 7,8 faiz yüksəlib. Beləlikə İ.Maskın sərvəti 165,9 milyard dollara çatıb. Teslanın səhmlərinin bahalaşmasına səbəb kimi isə Ağ Evlə demokrat və respublikaçı senatorların bir qrupunun 1,2 trilyon dollarlıq infrastruktur paketi barədə razılığa gəlməsi göstərilir.
Qeyd edək ki, İlon Mask hələ də Forbesin milyarderləri siyahısında üçüncü pillədədir.