İlon Maskın səhhəti pisləşdi

İlon Maskın səhhəti pisləşdi

Amerikalı sahibkar İlon Mask səhhətinin müvəqqəti pisləşdiyini, lakin günün sonuna kimi sağalacağına ümid etdiyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə o, X şəbəkəsində hesabında yazıb.

Mask xəstəliyinin səbəbini açıqlamayıb, lakin vəziyyətinin stabilləşəndən sonra canlı yayım edəcəyini qeyd edib.

Qeyd edək ki, aprelin 2-də “Politico” nəşri xəbər verib ki, İlon Mask biznesi ilə bağlı “gələcək həftələrdə” ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verəcək.

Maskın özü istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Teqlər: