“SpeysX” şirkətinin qurucusu İlon Maskın Bakıda keçirilən tədbirlə bağlı tvitinə rekord sayda reaksiya gəlib.
AzerTimes xəbər verir ki, İlon Mask Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit 37 milyondan çox baxış sayı qazanıb.
Qeyd edək ki, İ.Mask 5 oktyabr tarixində Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb.