İlon Mask Zelenskinin iradına cavab verdi

İlon Mask Zelenskinin iradına cavab verdi

“Tesla” və “SpaceX”-in rəhbəri İlon Mask Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq təklifi ilə dünən qalmaqallı sorğu təşkil etdikdən sonra hələ də Ukraynanı çox güclü dəstəklədiyini vurğulayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.

O, prezident Vladimir Zelenskinin Tviterdəki mesajına belə cavab verib :

“Mən hələ də Ukraynanı dəstəkləyirəm, lakin əminəm ki, müharibənin genişmiqyaslı eskalasiyası Ukraynaya və ola bilsin ki, dünyaya böyük ziyan vuracaq”.

Qeyd edək ki, ötən gün İlon Mask Krımın Rusiyaya verilməsi, digər 4 vilayətdə isə BMT-nin nəzarətində təkrar referendum keçirilməsi ilə müharibənin dayandırılması təklifini irəli sürmüş və sorğu keçirmişdi. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 50 faizdən çoxu maskı dəstəkləmişdi.

Teqlər: