Ötən il milyarder iş adamı İlon Mask Ukraynanın Rusiya donanmasına sualtı dron hücumunun qarşısını almaq üçün Krım sahillərində gizli şəkildə “Starlink” peykini bağlamışdı.
AzerTimes CNN-ə istinadən xəbər verir ki, bu barədə Uolter Ayzekson İ.Maskın yeni tərcümeyi-halında yazır.
Qeyd olunur ki, Ukraynaya məxsus partlayıcılarla doldurulmuş sualtı pilotsuz aparatlar Rusiya donanmasına yaxınlaşanda onlar əlaqəni itirib və zərərsiz şəkildə sahilə çatıblar.
İddia edilir ki, Maskın bu qərarına səbəb Rusiyanın mümkün hücuma nüvə silahı ilə cavab verəcəyi qorxusu olub.
Müəllif yazır ki, bu epizod Maskın Ukraynadakı müharibə zamanı “unikal” mövqeyini ortaya qoyur.