İlon Mask “Twitter”in səhmlərini alıb

Xəbər -

Amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi
İlon Mask “Twitter” sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın
alıb.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın Qiymətli Kağızlar üzrə
Komissiyasının saytında bildirilir.

Qeyd olunur ki, İ.Mask şirkətin 2,9 milyard dollar dəyərində
73,5 milyona yaxın səhmlərini əldə edib.

Bu xəbərdən sonra birjalarda “Twitter” in səhmləri 25 faiz
bahalaşıb.

Qeyd edək ki, “Twitter”də 80 milyondan çox oxucusu olan İlon
Mask bir müddət əvvəl yeni sosial şəbəkə yaratmaq niyyətində
olduğunu açıqlamışdı.