Amerikanın keçmiş lideri Donald Tramp 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ-ın prezidentliyinə namizədliyini irəli sürməməlidir.
AzerTimes xəbər verir ki, amerikalı iş adamı İlon Mask hesab edir ki, bu barədə Tvitter hesabında yazıb.
O bildirib ki, 76 yaşlı Tramp yaşına görə ABŞ prezidenti kimi fəaliyyət göstərə bilməyəcək. Çünki Trampın ikinci müddətə prezidentliyi zamanı onun hakimiyyətinin sonuna qədər artıq 82 yaşı olacaq.
“Mən bu adama nifrət etmirəm, amma Trampın papağını asıb, batmaqda olan günəşin şüaları altında gizlənmək vaxtıdır”, – Mask deyib.