Amerikalı biznesmen İlon Mask “Tesla” və “SpaceX” şirkətləri haqqında kitab yazmağa başlayıb.
Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, İ.Mask bu barədə özünün “Twitter” səhifəsində yazıb.
Biznesmen bildirib: “Tesla” və “SpaceX” – Yer və Marsın – hekayələrini açıqlamağın vaxtı gəldi”.
Xatırladaq ki, ötən həftə ərzində İ.Maskın sərvəti 11,5 milyard dollar artıb.