Amerikalı milyarder İlon Mask HƏMAS-ın Qəzzaya dəvətini rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə İlon Mask X hesabında yazıb.
“Hazırda bura bir az təhlükəli görünür, lakin mən firavan Qəzzanın bütün tərəflər üçün yaxşı olacağına inanıram”, – o bildirib.
Qeyd edək ki, ötən gün İlon Mask İsraildə səfərdə olub.