“SpeysX” şirkətinin rəhbəri İlon Mask gələn il Teknofest-ə qatılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Mask “X” səhifəsində yazıb.
“Prezident Rəcəb Tayyib Ərdoğana dəvətinə görə təşəkkür edirəm. Gələn il Teknofest-də iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – deyə Mask bildirib.