Amerikalı milyarder İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan Teleqramın təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı.