İlk Türk rəqəmsal media platforması Qarabağla bağlı məlumatları da dünyaya təqdim edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Real” TV-nin Trend İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”unun birgə təsis etdiyi TURKİC.World -Türk Dünyası adlı layihə barədə sujetində deyilir.
Bildirilir ki, türkdilli ölkələr arasında mövcud olan siyasi, sosial, iqtisadi, mədəni əlaqələrin davamı kimi, türk dünyasının həmrəy kommunikasiya platformasının yaradılmasına da ehtiyac var idi. Trend İnformasiya Agentliyi ilə Türkiyənin “Albayrak Media Group”unun birgə təsis etdiyi TURKİC.World -Türk Dünyası adlı layihə də məhz buna xidmət edir. Azərbaycanda ilk rəqəmsal platforma olan bu layihə gələcəkdə daha da genişləndiriləcək, şaxələndiriləcək.
Layihənin unikal proqram təminatı onun daha da təkmilləşməsinə və digər türkdilli ölkələrin bu platformaya qoşulmasına imkan verir. Qeyd edək ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur.
Sujeti təqdim edirik: