Şamaxı. Çingiz Səfərli – Trend:
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndinə təşkil olunan mediatur çərçivəsində “İter Vitis Qafqaz” şərab marşrutunun təqdimatı keçirilib.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova tərəfindən “Azərbaycanda şərab turizmi və şərab marşrutları” mövzusunda keçirilən təqdimatda “İter Vitis Qafqaz” layihəsi və onun məqsədləri barədə məlumat verilib.
O bildirib ki, Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək.
Təqdimatda Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun mövcud olduğu, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də bir çox yerli alternativlərlə şərabçılıq təcrübəsinin inkişaf etdirildiyi diqqətə çatdırılıb.
Twitter:@cingizsafarli