Şimali Makedoniyanın ilk qadın prezidenti Qordana Silyanovska-Davkovanın andiçmə mərasimi Yunanıstanla diplomatik böhranın yaranmasına səbəb olub.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bazar günü keçirilən andiçmə mərasimində prezidenti ölkənin adını “Şimali Makedoniya” əvəzinə “Makedoniya” olaraq qeyd edib.
Yunanıstan səfiri Sofiya Filipp andiçmə mərasimini dərhal tərk edib. Yunanıstan Xarici İşlər Nazirliyi daha sonra bəyanat yayaraq, yeni prezidentin hərəkətlərinin iki ölkə arasındakı razılaşmanı pozduğunu və həm ikitərəfli münasibətləri, həm də Şimali Makedoniyanın Avropa İttifaqına üzvlük perspektivlərini təhlükə altına atdığını bildirib.
“Makedoniya” adının işlədilməsi Yunanıstanın ciddi narazılığına səbəb olub. Belə ki, Afina bu adın hələ slavyan xalqlarının əraziyə köç etmədən öncə qədim yunan xalqının yaşadığı, onların məskunlaşdığı qədim Makedoniya tarixinin “Şimali Makedoniya” tərəfindən mənimsənilməsi kimi qəbul edib.
10 ildən artıq davam edən münaqişə 2018-ci ildə bir razılaşmanın imzalanması və ölkənin adının “Şimali Makedonia” olaraq qəbul edilməsi ilə həll olundu. Yunanıstan bundan sonra Şimali Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün əleyhinə etirazları geri götürdü.