19:05
Ukrayna Silahlı Qüvvələri Britaniya istehsalı olan “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərindəki hədəflərə ilk dəfə zərbə endirib.
Axar xəbər verir ki, bu barədə “Skay Nyus” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, müharibənin başlamasından 33 ay sonra Ukrayna Britaniyadan aldığı bu qabaqcıl silah növünü Rusiya ərazisini vurmağa tətbiq edib.
Britaniya Nazirlər Kabinetinin sözçüsü məsələ ilə bağlı şərh verməyəcəklərini bildirib.