Cənubi Koreya istehsalı olan ilk FA-50 yüngül döyüş təyyarəsi Polşaya çatdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib.
“Postsovet texnikasını əvəz edən yüngül döyüş təyyarələri Hərbi Hava Qüvvələrinin potensialını gücləndirəcək”, – Blaşçak qeyd edib.