Milli Məclis “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
AzerTimes xəbər verir ki, qanun layihəsi haqqında Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişli məlumat verib.
Deyib ki, gələn il həm yaşayış minimumu, həm də ehtiyac meyarı nəzərəçarpacaq dərəcədə artacaq. Qeyd edilib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək.
Komitə sədri qeyd edib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir.