İlk dəfə ölkədə virtual Son Zəng olacaq

İlk dəfə ölkədə virtual Son Zəng olacaq

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə “Son zəng” təşkil olunacaq.

Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. Bildirilib ki, 3 aylıq virtual formada keçirilən dərslərin sonunda sonuncu zəngin də elə bu formada vurulmasına qərar verilib. Belə ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra, 3 ay ərzində televiziya vasitəsilə müxtəlif dərslərin tədrisini davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcək.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.