Büdcə qaydasında dəyişiklik edilməsinin müəyyənləşməsi yalnız ortamüddətli dövrün sonuna nəzərdə tutulub.
AzerTimes APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, əvvəlki ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib, əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır:
“Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. İzahatda əks etdirilmiş bu risk indikatoru üzrə narahatlığı biz də bölüşürük”.