Çeçenistanın Qudermes şəhərindəki binaya PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
Onun sözlərinə görə, Rusiya Xüsusi Təyinatlı Universitetinin boş binasına PUA zərbəsi endirilib.
Zərbə nəticəsində binanın damı yanıb.
Xəsarət alan yoxdur.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bəri Çeçenistana ilk PUA hücumudur.