İlk dəfə bu ixtisas hüquqşünaslığın balından yüksək oldu

İlk dəfə bu ixtisas hüquqşünaslığın balından yüksək oldu

Bu il ilk dəfə olaraq Bakı Dövlət Universitetinin riyaziyyat müəllimi ixtisası üzrə keçid balı hüquqşünaslıq ixtisası üzrə keçid balından daha yüksək olub.

AzerTimes xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ictimai fikirdə müəllimliyə olan istək, müəllimin prestiji yüksəlib:

“Bilməliyik ki, orta ümumtəhsil müəssisələrində riyaziyyat və Azərbaycan dili təhsilin bünövrəsini qoyur. Bu fənlər yaxşı tədris olunduqda digər fənlərin göstəricisi də yaxşı olur. Builki imtahanların nəticəsi bizə imkan verir ki, rahat şəkildə bu sahədə uzun illərin təbliğatının, eləcə də təhsildə aparılan islahatların nəticəsində ictimai fikirdə riyaziyyat fənni ilə əlaqəli dəyişikliyin baş verdiyini deyə bilək. Artıq yüksək balı toplayan istedadlı, bilikli gənclər müəllim olmaq istəyir. Bu da bizi şad edir”.

Teqlər: