İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə
Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində
Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun
ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə
yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.

FHN-dən AzerTimes-a
verilən məlumata görə, yanğın nəticəsində təqribən 15 ha sahədə
kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb. Yanğının
mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava
şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə
baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi
yanğından mühafizə olunub.


Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla
mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə
Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də
iştirak edib.

Teqlər: