İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər

İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.

“Əgər Ermənistanın əvvəllər toxunduğu, qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər təsdiqlənsə və sülh müqaviləsində öz yerini tapsa, o zaman imzalanma faktiki olaraq sadəcə texniki məsələyə çevriləcək. İrəvanın sonuncu dəfə Bakıya göndərdiyi sülh təklifləri qaneedici olarsa, o zaman bu ilin sonunda sülh müqaviləsinin imzalanması mümkündür”, – o bildirib.

Teqlər: