Bu ilin sonuna işğaldan azad olunan ərazilərin bərpası üçün sərf edilən vəsaitin həcmi 12 milyard manata çatacaq.
AzerTimes xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Emin Hüseynov vurğulayıb ki, işğaldan azad olunan ərazilərdə böyük kənd təsərrüfatı, iqtisadi və turizm potensialı var və bərpa prosesi başa çatdıqdan sonra bu potensiallardan geniş istifadə olunacaq.
Qeyd edək ki, bu gün Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.