İlin sonuna qədər metronun B-4 stansiyasının tikintisi başa çatacaq

Bakı metropoliteninin Bənövşəyi xətt üzrə 4-cü stansiyası olan
B-4 stansiyasının tikintisi bu ilin sonunda başa çatdırılacaq.

Bunu AzerTimes-a açıqlamasında qurumun tikinti departamentinin rəisi
Məzahir Nəbiyev deyib.

O bildirib ki, 4 mərtəbədən ibarət olacaq stansiyanın artıq iki
mərtəbəsinin tikintisi başa çatıb, 3-cü mərtəbəsinin tikintisinə
hazırlıq gedir.

“Digərlərindən fərqli olaraq, bu stansiya torpaqda divar üsulu
ilə inşa edilir. Hazırda stansiya yolunun üst quruluşunun
tikintisinə başlanıb. Bu ilin sonuna kimi stansiyanın tikintisinin
başa çatması nəzərdə tutulur. Stansiyanın tikintisi başa
çatdırılandan sonra avadanlıqların quraşdırılmasına başlanacaq”, –
deyə M.Nəbiyev bildirib.

Teqlər: